TOP 10

"Qarabağ"ın yeni transferi məşqlərə qoşuldu

Futbol
Tarix: 2019-06-25 10:24

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" 1 günlük istirahətdən sonra məşqlərini bərap edib. Sport24.az xəbər verir ki, Çempionlar Liqasındakı təmsilçimiz günü iki məşqlə başa vurub.

 

Günün ilk məşqi yerli vaxtla saat 11:00-da (Bakı vaxtıyla 13:00) start götürüb və təxminən 90 dəqiqə davam edib. Bu məşqdə futbolçular fiziki təmrinləri yerinə yetirib. Hazırlıq topu çalışmalarla başa çatıb.

 

Günün ikinci çalışmasına komanda "kvadrat"la başlayıb. Daha sonra taktiki çalışmaları yerinə yetirən futbolçularımız ikitərəfli oyunla məşqi başa vurub. 

 

Qeyd edək ki, ispaniyalı yeni transfer Xayme Romero artıq komandayla məşqlərə qoşulub.

18 Oktyabr 2019
17 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB