TOP 10

Zaur Əzizov növbəti legioner hədəflərini açıqladı, Adeniyini saxlamalarında problem görmədi: "Daha çox hücumameylli futbolçular axtarırıq"

Futbol
Tarix: 2019-06-25 10:16

"Qəbələ" avrokuboklarda təmsilçilərimizdən olsa da, onun mübarizəyə balşmasına hələ düz 1 ay var. Çünki bu komanda ölkə Kubokunun qalibi olduğundan, Avroliqada mübarizəyə birbaşa II təsnifat mərhələsindən başlayacaq. Sənan Qurbanovun komandası ölkə daxilində hazırlığını iyunun 29-da "Zirə"ylə Bakıdakı yoxlama matçıyla bitirərək bundan 3 gün sonra Türkiyənin Bolu şəhərinə təlim-məşq toplanışına yollanacaq. İndi əsas diqqət "Qəbələ"nin transferlərinə yönəlib ki, klubun baş meneceri Zaur Əzizovla söhbətimizdə bu və digər məsələlərə toxunduq. 

 

- "Qəbələ"nin növbəti transfer çalışması nə yerdədi?

- Kutaisi "Torpedo"sunun futbolçusu Merab Qiqaurini transfer etməyimiz mümkündü. O, hal-hazırda maraq dairəmizdə olan futbolçulardandı. Tam anlaşsaq, 1 illik müqavilə imzalamağımız nəzərdə tutulub.

 

- İspan və bu gürcü futbolçudan sonra daha bir legionerlə əcnəbi transfer çalışmalarını bitirəcəksiniz?

- Çalışacağıq ki, komandada olan boşluqları dolduraq. Daha çox hücumameylli futbolçular axtarırıq.

 

- Bu prosesləri nə vaxta yekunlaşdırmağı planlaşdırırsınız?

- Proseslər uzun müddətdi başlayıb. Ancaq nə vaxt yekunlaşacağını bilmirik. Çünki bu, o qədər də asan deyil. 

 

- Bu, əsas maddi şərtlərinizin xeyli aşağı düşməsi, həminki büdcənizin olmamağı ilə bağlı olar...

- Sözsüz ki, maddi amillərin rolu var. Daha yüksək şərtlərlə futbolçular transfer edəndə onsuz da asan deyildi. Maddi vəziyyət yuxarı olanda daha yüksək ödənişli futbolçulara təklif göndərirdik. Onda da eyni çətinlik olurdu. İndi daha aşağı ödənişli futbolulara təklif göndəririk. Bu da asan deyil. Yüksək ödənişli futbolçularla razılaşmaq üçün onların bir sıra şərtləri olur və onları qəbul etməlisən. Onlarla daha çox çətinlik yaşayırıq, normal bir şeydi.

 

- Maddi baxımdan belə bir çətin durumda ispan futbolçunun transferini necə həll edə bildiniz? Hər halda, İspaniya futbol ölkəsidi...

- Bu olsa da, orda hər bir futboluya nəsib olmur ki, avrokuboklarda iştirak etsin və ya ölkədən kənara çıxsın. İspanlarda illər əvvəl idi ki, heç kim ölkədən kənara çıxmırdı. Bunun olması böyük hadisə sayılardı. Artıq mənzərə başqadı, ona görə də çətin olmadı.

 

- Təkliflər aldığınız futbolçularınız Bəhlul Mustafazadəylə Ceyms Adeniyinin başqa klublara transferləri yönündə məsələ nə yerdədi?

- Hələ ki sakitçilikdi. Hər ikisində müəyyən proseslər var, gedir. Ancaq hansı şəkildə, necə, nə vaxt yekunlaşacaq, bu, bilinmir. Çünki qərar verən tərəflər istər-istəməz hər bir şərtləri götür-qoy edir. İki tərəf olur, onların ortaq məxrəcə gəlməsi lazımdı. Ola bilər ki, bir neçə saat ərzində hər şey yekunlaşır, ola da bilər ki, heç bir nəticə olmaz.

 

- Adeniiyi ilə bağlı ən son variant onu saxlamaqdı. Çünki "Qəbələ"ylə hələ 2 illik müqaviləsi var. Yüksək məvacibli bu legioneri saxlaya biləcəksiniz?

- Bizdə müqaviləsi davam edən futbolçularla bağlı problem olmur. 

 

- Yerli transfer çalışmalarınızın yekunlaşdığını demək olar? 

- Yeni futbolçu çıxmayacaqsa, yəqin ki, yekunlaşar.

 

- Qapıçı Tərlan Əhmədlinin keçidi nə vaxt rəsmiləcək?

- Tərlan akademiyamızın yetirməsidi, akademiyamızın komandasında oynamış futbolçudu. Hal-hazırda düşərgəmizdədi və bizimlə yoluna davam edəcək. 

 

 

 

MEHMAN SÜLEYMANOV

18 Oktyabr 2019
17 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB