TOP 10

“Sevilya”dan “Ayaks”a 15,7 milyonluq transfer

Dünya Futbolu
Tarix: 2019-06-25 10:00

Hollandiyanın “Ayaks” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Hollandiya çempionu İspaniyanın "Sevilya" klubunun yarımmüdafiəçisi Kvinsi Promesi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


27 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün "Ayaks" 15.7 milyon avro təzminat ödəyəcək. Yarımmüdafiəçi yeni komandasında 11 nömrəli formanı geyinəcək.


Promes ötən mövsüm 33 matçda 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB