TOP 10

Şeydayev Avstriyaya yollandı

Futbol
Tarix: 2019-06-24 17:18

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyaya yollanıb. Sport24.az xəbər verir ki, Samara təmsilçisi iyulun 7-nə qədər davam edəcək hazırlıq prosesində 3 yoxlama oyunu keçirəcək.
 

Belə ki, Rusiya Premyer Liqa təmsilçisi iyunun 29-da “Hayduk” (Xorvatiya), iyulun 6-da “Çelye” (Sloveniya), 7-də “Krasnodar”la (Rusiya) üz-üzə gələcək.
 

Qeyd edək ki, “Krılya Sovetov”la müqavilə müddəti bu ayın sonunda bitəcək Şeydayevin komandada qalıb-qalmayacağı bəlli deyil.

 

CBCsport
13 Dekabr 2019
12 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB