TOP 10

"Neftçi"nin “Neftçili Yay” futbol düşərgəsində 3-cü qrupa start verildi

Futbol
Tarix: 2019-06-24 15:42

“Neftçi”nin II “Neftçili Yay” futbol düşərgəsi davam edir. Sport24.az xəbər verir ki,  “ASAN Könüllüləri” təşkilatının dəstəyi ilə uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi, futbolun kütləviləşdirilməsi, sağlam həyat tərzinin aşılanması məqsədilə məktəblilər arasında keçirilən sosial layihədə 3-cü qrupa start verilib.

 

Qeyd edək ki, düşərgədə hər qrupun ilk iki günündə səhər və günorta proqramına müxtəlif müsabiqələr, toplu və topsuz idman hərəkətləri daxildir. Üçüncü gün isə düşərgədə iştirak edən uşaqlara “Neftçi” tərəfindən sertifikatlar və hədiyyələr verilir. Tədbirə iyunun 26-da yekun vurulacaq.

 

22 Noyabr 2019
21 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB