TOP 10

"Səbail"də növbəti itki, stopper problemi: "Essyeni Avroliqada mərkəz müdafiəçisi kimi oynatmağımız mümkündü"

Futbol
Tarix: 2019-06-24 16:00

"Səbail" Avropa Liqasında daha bir ukraynalı legionerini oynada bilməyəcək. Komandanın baş məşqçisi Aftandil Hacıyev Sport24.az-a açıqlamasında qapıçı Aleksandr Rıbka kimi həmyerlisi İqor Korotetskinin də xidmətindən zədəyə görə hələ ki yararlana bilməyəcəklərini söyləyib.

 

Hələ ötən mövsümün ilk yarısında ağır zədələnərək cərrahiyyə əməliyyatı olunan təcrübəli mərkəz müdafiəçisi məşqlərə başlasa da, Bolqarıstandakı təlim-məşq toplanışına aparılmayıb: "İqor yeni mövsümün hazırlıq ərəfəsində fərdi məşqlər etsə də, sonradan ağrılar hiss etdiyindən 5 günlük müalicə olundu. Bakıdakı məşq prosesimizdə düşərgədə idi, sadəcə, tam hazır olmadığından komandayla birgə məşq etmirdi. İlk məşqdən sonta yenidən ayağında ağrılar hiss etdi. Həkimlərin rəyinə görə, bir daha reabilitasiya keçməlidi. Bu üzdən onu Bakıda saxlamalı olduq. Korotetski indiki vəziyyətdə Avroliqada bizə kömək edə bilməyəcək. Onun zədəsi çox ciddidi. Bu, tək xaçvari bağlarla əlaqədar deyil. Çünki yalnız bu, olsaydı, tam hazır olmalıydı. Hər halda, zədələnməsindən 7-8 ay keçir. Əməliyyat zamanı digər ayağından bağın bir hissəsini çıxararaq zədələnən yerə tikiblər. Nəticədə o biri ayağındakı həmin yer ağrıyır. Futbolçumuz yenidən reabilitasiya keçəndən sonra biləcəyik ki, vəziyyəti necə olacaq".

 

"Səbail" hələ 1 illik müqaviləsi olan İqorun xidmətindən Avroliqada yararlana bilmir, həmin turnir üçünsə stopper axtarışı isə hələ ki müsbət nəticə vermir. Hacıyevi dinləyək: "Əslində, bizə iki mərkəz müdafiəçisi lazımdı. Ancaq büdcəmizə uyğun olaraq bir əcnəbi stopper transfer etməyə məcburuq. Bu mövqeyə namziədlərimiz olan braziliyalı və polşalı legionerlərə müqavilə təklifimizi etmişik. Ancaq menecerlərindən dürüst cavab ala bilmirik. Ola bilər ki, başqa klublarla da danışıqlar aparırlar. Ancaq bizə nə vaxt cavab verəcəklərini gözləməyərək axtarışlarımızı davam edirik".

 

"Səbail" Avroliqada I təsnifat mərhələsində Rumıniyanın "Universtatya Krayova" klubuyla görüşlərədək legioner stopper ala bilməsə, gənc çalışdırıcısının seçimi maraq doğurur. Onu da nəzərə alaq ki, Hacıyev ulduz futbolçusu Maysl Essyeni ötən çempionatın sonuna yaxın "Qarabağ"la görüşdə bu mövqedə oynadıb: "Əcnəbi stopper ala bilməsək, vəziyyətdən öz futbolçularımızla çıxacağıq. Essyeni Avroliqada mərkəz müdafiəçisi kimi oynatmağımız mümkündü".

 

 

 

MEHMAN SÜLEYMANOV

18 Oktyabr 2019
17 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB