TOP 10

Super Liqa klubunda yeni hücumçu

Dünya Futbolu
Tarix: 2019-06-24 14:33

Türkiyənin “Yeni Malatyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisi makedoniyalı hücumçu Adis Yahoviçi transfer edib.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı forvard Türkiyəni Avropa Liqasında təmsil edəcək Malatya klubu ilə 2+1 illik müqaviləyə imza atıb.


Yahoviç geridə qalan mövsümü “Konyaspor”da keçirib. O, 2018-ci ilin yanvar ayında “Göztəpə”dən bu kluba transfer olunmuşdu və Konya təmsilçisi ilə 2020-ci ilə kimi müqavilə bağlamışdı. Makedoniyalı futbolçunun “Konyaspor”dan “Yeni Malatyaspor”a keçidinin digər detalları barədə məlumat verilmir.


“Yeni Malatyaspor” daha öncə “Konyaspor”un digər hücumçusu Morike Fofananı da heyətinə qatmışdı.

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB