TOP 10

"Səbail"dən 2 seçim birdən

Futbol
Tarix: 2019-06-24 13:00

"Səbail" Avropa Liqasının I təsnifat mərhələsində görüşəcəyi Rumıniyanın "Universitatya Krayova" klubunun Avstriyadakı yoxlama matçını canlı izləyəcək. Təmsilçimizin baş məşqçisi Aftandil Hacıyev Sport24.az-a açıqlamasında planlarında dəyişiklik olduğunu bildirib.

 

Belə ki, "dənizçilər" rumınların iyunun 25-də "Qarabağ"la qarşılaşmanı məşqçisini göndərməyi düşünsə də,  sonradan fərqli qərar veriblər: "Krayova təmsilçisinin Rusiyanın "Orenburq" klubiyla 1:1 hesabıyla bərabərliyə qaldığı yoxlama matçının videoyazısı artıq bizdə var. Rəqibin təhlilinə başlamışıq. "Qarabağ"la görüşün videoyazısı də bizdə olacaq. Onu da əldə edərək təhlilini aparacağıq. Rumınların bundan sonra Avstriyada daha 2 sınaq matçı olacaq. Son qarşılaşması iyulun 2-də Polşanın "Legiya" klubuyladı. İstəyirik ki, son matça məşqçimizi göndərək. Həmin gün Bolqarıstandakı təlim-məşq toplanışımızı başa vuraraq Bakıya qayıdacağıq. Makedoniyalı köməkçim Toni Boqdanovskini isə bizimlə dönməyərək Avstriyaya yollanacaq. Onun Şengen vizasıyla bağlı problemi yoxdu, Avropa ölkələrinə rahat giriş-çıxışı var. Toni Bakıya qayıdandan sonra rəqibimizin son durumu haqda bizə məlumat verəcək və detallı təhlilimiz olacaq".

 

Xatırladaq ki, "Səbail" avrokuboklarda debüt qarşılaşmasını iyulun 11-də "Bayıl Arena"da keçirəcək. 

 

 

MEHMAN SÜLEYMANOV

15 Noyabr 2019
14 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB