TOP 10

Emil Balayev: "Qarşılaşma göstərdi ki, narahat olmaq üçün hər hansı bir səbəb yoxdu"

Futbol
Tarix: 2019-06-24 11:44

Qazaxıstanın “Tobol” klubunun futbolçusu Emil Balayev ölkə çempionatının XV turunda “Okjetpes”i məğlub etdikləri oyundan sonra fikirlərini açıqlayıb. Sport24.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən millimizin qapıçısı 2:0 hesabıyla bitən görüşü belə şərh edib: “Qarşılaşmaya çox ciddi hazırlaşmışdıq. “Kaysar”la görüşdən sonra bərpa olunmaq üçün az vaxtımız var idi. Ancaq futbolçular yaxşı iş gördü. Çünki onlar matça kökləndilər və azarkeşlərimizə yaxşı oyun göstərdilər. Mərkəzi Arenanın atmosferini çox sevdiyimi qeyd etmək istəyirəm. Bizi dəstəklədikləri üçün azarkeşlərimizə təşəkkür edirəm".

 

Emil süni və təbii örtük arasında hər zaman bir fərq olduğunu ön plana çəkib: "Uyğunlaşmaq üçün bir neçə həftədi hazırlıq keçirik. Oyundan əvvəlki məşqimizi də "Mərkəzi Arenada keçdik. Düşünürəm ki, artıq hər kəs bu stadiona uyğunlaşıb. Bu prosesi uğurla geridə qoyduq. Qarşılaşma göstərdi ki, narahat olmaq üçün hər hansı bir səbəb yoxdu. Külək və hava şəraiti oyuna təsir etmədi və hər şey qaydasında idi”.

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB