TOP 10

Xayme Rodriges "Qarabağ"ı seçməsinin səbəbini açıqladı: "Bura mənim üçün yeni təcrübədi"

Futbol
Tarix: 2019-06-24 10:50

"Qarabağ" kimi kluba gəldiyim üçün çox sevincliyəm. Bura mənim üçün yeni təcrübədi. Ümid edirəm ki, hər şey istədiyim kimi olacaq". Sport24.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın yeni transferi Xayme Romero Rodriges klubunun rəsmi saytına açıqlamasında bildirib.

 

İspaniyalı yarımmüdafiəçi karyerasını davam etdirəcəyi Çempionlar Liqasındakı təmsilçimizə qiymət verib: "Təbii ki, klub haqqda məlumat toplamışam. Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm. “Qarabağ”ın son illərdə ardıcıl Azərbaycan çempion olması, avrokuboklarda qrup mərhələsində iştirak etməsi, həmçinin klubun idarəetməsində olan peşəkarlıq qərarıma müsbət təsir göstərdi. Özüm də artıq oyunları səbirsizliklə gözləyirəm, həm öz bacarığımı göstərim, həm də oyunumla komandama kömək edim. Belə güclü komandada bir mövqe uğrunda rəqabətin olması normaldır, Futbolçu gəldikdə bu rəqabətə hazır olur. Rəqabət isə həm futbolçunun, həm də komandanın inkişafına təkan verir".

 

Xayme hazırkı durumu haqda da danışıb: "Cəmi 2 həftə istirahətim olub, fiziki cəhətdən özümü yaxşı hiss edirəm. “Partizani”ylə oyuna qədər digər komanda yoldaşlarım kimi olmasa da, məndən istəniləm səviyyədə olmaq üçün tam gücümlə çalışacam. Azarkeşlərin mənə olan inamını doğrultmaq üçün əlimdən gələni edəcəm".

 

Qeyd edək ki, son ölaraq ölkəsinin Sequnda təmsilçisi "Kordoba"da çıxış edən Xayme üç illik müqavilə imzaladığı "Qarabağ"da"9 nömrə"li formayla çıxış edəcək. 

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB