TOP 10

"Səbail"in rəqibinin hücumçusu: "Qarabağ"la oyunumuz daha çətin keçəcək"

Futbol
Tarix: 2019-06-24 10:00

Rumıniyanı "Universtatya Krayova" klubunun futbolçusu Karlos Fortes Avstriya toplanışı çərçivəsində "Orenburq"la yoxlama oyunundan (1:1) sonra "Qarabağ" haqda danışıb. Sport24.az xəbər verir ki, hücumçu hazırlıq matçında növbəti rəqibləri olan Azərbaycan çempionunu yaxşı tanıdığını bildirib: "Düşünürəm ki, "Qarabağ"la oyun daha çətin keçəcək. Bu komnada ötən mövsüm Avroliqada "Sportinq"ə qarşı oynayıb. "Qarabağ"ın yaxşı komanda olduğunu bilirəm. Ağır oyun olacaq. Amma bizim də yaxşı komandamız var. Qalib gələ bilərik".
 

Qeyd edək ki,  Avstriyadakı ilk sınağında Bolqarıstan çempionu "Ludoqorets"ə 0:2 hesabı ilə uduzan "Qarabağ" "Səbail"in Aroliqada rəqini olan Rumıniya təmsilçisi ilə iyunun 25-də görüşəcək. 

20 Iyul 2019
19 Iyul 2019
B.eÇ.aÇC.aCŞB