TOP 10

Kolumbiya və Argentina da 1/4 finalda

Dünya Futbolu
Tarix: 2019-06-24 11:18

Futbol üzrə Amerika kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir. Sport24.az xəbər verir ki, bu gün B qrupunda da mübarizəyə yekun vurulub.


Argentina millisi Qətərə, Kolumbiya isə Paraqvaya qalib gəlib. Nəticədə Kolumbiya qrup lideri, Argentina isə ikinci yerlə növbəti mərhələyə vəsiqə qazanıb.


Daha öncə A qrupunda Braziliya və Venesuela yığmaları da qrupdan çıxmağı təmin etmişdi.


Amerika kuboku-2019
B qrupu


Qətər – Argentina 0:2
Qol: Lautaro Martines, 4. Serxio Aquero, 82.


Kolumbiya – Paraqvay 1:0
Qol: Qustavo Kuelyar, 31.

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB