TOP 10

“Neftçi” təkzib etsə də... THY - Yeni titul sponsoru

Futbol
Tarix: 2019-06-21 23:41

Neftçi” yeni titul sponsoru ilə anlaşıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, ötən mövsüm “ağ-qaralar”la əməkdaşlığa start vermiş “Türk Hava Yolları” (THY) yeni mərhələyə qədəm qoyub.

 

Yeni mövsümdən etibarən “Neftçi”nin əsas formasının üzərində sözügedən aviaşirkətin adı əks olunacaq. Sövdələşmənin maliyyə tərəfini hələ ki, öyrənə bilməsək də, klubun rəsmi mövqeyinə də zərurət duyduq.

 

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev informasiyanı təkzib etsə də, bildirək ki, “od olmayan yerdən tüstü çıxmaz”: “Hazırda “Neftçi” formasının üzərində əks olunacaq heç bir titul sponsoru ilə anlaşmaya imza atmayıb”.

17 Noyabr 2019
16 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB