TOP 10

Azərbaycan boksçularından 1 qələbə, 2 məğlubiyyət

Boks
Tarix: 2019-06-21 18:18

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları çərçivəsində boks yarışlarına start verilib. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin heyətində öncə 56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev rinqə çıxıb.


O, 1/16 finalda Boyan Asenovla (Bolqarıstan) qarşılaşıb. 3:2 hesabı ilə rəqibini məğlub edən boksçumuz növbəti mərhələyə adlayıb. Əliyev 1/8 finalda ukraynalı Nikola Butsenko ilə qarşılaşacaq. Bu görüş iyunun 24-də keçiriləcək.


“Uriçye Arena”da təşkil olunan yarışda bu gün daha iki boksçumuz rinqə çıxıb. Amma onlar startdaca məğlub olublar. 


Rahil Məmmədli (91 kq) bolqarıstanlı Radoslav Panteleyevlə dueldən məğlub ayrılıb – 0:5. 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev də Bolqarıstanın digər təmsilçisi Petar Belberovla görüşdə uğursuzluqla üzləşib - 1:4.

06 Dekabr 2019
05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB