TOP 10

"Səbail"ə yeni legioner gəldi - braziliyalı və polşalı müdafiəçilər arasında seçim edilir

Futbol
Tarix: 2019-06-20 20:00

"Səbail"in Bolqarıstdandakı təlim-məşq toplanışına yeni legioner gəlib. Komandanın baş məşqçisi Aftandil Hacıyev Sport24.az-a açıqlamasında ötən mövsümü "Zirə"də gələn franslaı yarımmüdafiəçi Bilal Həmdinin artıq düşərgələrində olduğunu bildirib.

 

Avropa Liqasında ölkəmizi təmsil edəcək komanda Əlcəzair əsilli fransalı yarımmüdafiəçiylə qarşıdakı günlərdə 1 illik müqavilə imzalamaqla keçidini rəsmiləşdirəcək. Bununla da Bilal həmyerlisi, "Zirə"yə də birgə gəldiyi Dilan Duventruyla yenidən komanda yoldaşı olacaq.  

 

Hacıyev son transfer kimi müdafiənin mərkəzinə oyunçu gətirməyi nəzərdə tutduqlarını söyləyib: "Stopper mövqeyinə bir neçə namizədimiz var. Litvanın "Jalgiris" klubunda çıxış edən makedoniyanı Mevlan Adili də onlardan biridi. Ancaq hazırda əsas diqqətimizi iki legionerə yönətlmişik ki, bunlar arasında seçim edirik. Adları hələ söyləmək istəmirəm, onu deyim ki, biri braziliyalı, digəri polşalıdı. Braziliyalı sərbəst futbolçudu. Polşalının isə klubu olsa da, müqaviləsində gedə bilməsiylə bağlı şərt var. İstəyərdik ki, iksini də götürək. Ancaq büdcəmizə görə bir mərkəz müdafiəçisi transfer edə biləcəyik".

 

Qeyd edək ki, "Səbail"in millimizin qarşılaşmalarından sonra istirahətdə olan futbolçuları - müdafiəçi Şəhriyar Rəhimovla hücumçu Ağabala Ramazanov, havelə icazəli olan məşhur qanalı yarımmüdafiəçisi Maykl Essyen də artıq Bansko şəhərindəki təlim-məşq toplanışında iştirak edirlər. 

 

 

 

MEHMAN SÜLEYMANOV

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB