TOP 10

"Səbail"in növbəti transfer hədəfi - Mamadu Mbodjun yerinə gətirilən

Futbol
Tarix: 2019-06-20 10:01

"Səbail"in yay fasiləsində transfer etmək istədiyi növbəti yeni legioner müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, bu, makedoniyalı futbolçu Mevlan Adilidir.

 

25 yaşlı mərkəz müdafiəçisi ötən mövsümü 2 klubda keçirib. Belə ki, o, mövsümə Makedoniyanın "Şkendiya" klubunda başlayıb, qış fasiləsində Litvaya yollanaraq Vilnusun "Jalgiris" klubunda legioner həyatı yaşayıb. Məlumdu ki, bu komandada çıxış edən seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj məhz qış fasiləsində ayrılaraq "Neftçi"yə keçib. Onun mövqeyinə transfer olunan Mevlan isə orda əsas heyətdə möhkəmlənə bilməyib, oyun praktikası qazanmaq üçün ikinci komandaya da göndərilib. Karyerası əsasən vətəninə bağlı olan Adili 2017/18 mövsümündə "Şkendiya"nın heyətində "qzıl dubl" eidb.

 

Stopper axtarışında olan "Səbail"ə bu legioner təklif olunub. Mevlan klubuyla müqaviləsini pozaraq azad agent statusu alarsa, "dənizçilər"in Bolqarıstandakı təlim-məşq toplanışına qatılaraq keçidini rəsmiləşdirəcək. Bununla da o, "Səbail"də həmyerliləriylə bir komandada olacaq. Belə ki, Avroliqadakı təmsilçimizin elə bu yay transfer etdiyi ilk və hələlik yeganı yeni legioner də makedoniyalı - qapıçı İqor Bojinovskidi. Bundan əlavə, "Səbail"in baş məşqçisi Aftandil Hacıyevin köməkçiləri arasında yeganə əcnəbi - fiziki hazırlıq üzrə məşqçi makedoniyalı Toni Boqdanovskidi. 

 

 

18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB