TOP 10

Həşimova və Soltanova üçün AÇ-də bürünc medal şansı

Güləş
Tarix: 2019-06-19 22:18

İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir. Sport24.az xəbər verir ki, üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kq-da çıxış edən qızlar mübarizəyə qoşulub. 


Yarışa 1/4 finaldan başlayan Zenfira Həşimova Belarus güləşçisinə rahat qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələnin görüşləri axşam seansında keçirilib. Ukraynalı rəqibinə müqavimət göstərə bilməyən Həşimova iyunun 20-də bürünc medal uğrunda güləşəcək.

Gültəkin Şirinova qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz ilk mərhələdə bolqar rəqibinə birinci hissədə "tuşe" ilə qalib gəlib. Ancaq 1/4 finalda Belarus idmançısıyla bacarmayıb.


Birgül Soltanova ukraynalı həmkarına qalib gəlməyə yaxın olub. Ancaq sona 10 saniyə qalmış hesabdakı üstünlüyü əldən verərək uduzub. Rəqib finala yüksəldiyi üçün Soltanova iyunun 20-də təsəlliverici görüşə çıxacaq.


Nigar Mirzəzadə də yarışa iddialı başlayıb. Yığma üzvü ilk görüşdə ispan güləşçini "tuşe" ilə məyus edib. Ancaq daha sonra ukraynalı rəqibinə məğlub olub.


43 kq
1/4 final - Zenfira Həşimova - Valentina Haroşka (BLR) 8:0
1/2 final - Zenfira Həşimova - Aida Kərimova (UKR) 0:11
Bürünc medal görüşü - Zenfira Həşimova - Olqa Rexmetullova (RUS) / Justin Fanni Viquro (FRA)


49 kq
Təsnifat - Gültəkin Şirinova - Fatme Tahir Şaban (BUL) 8:0 (tuşe)
1/4 final - Gültəkin Şirinova - Anastasiya Yanotava (BLR) 2:14


57 kq
1/8 final - Birgül Soltanova - Kristina Sokolovska (UKR) 4:6
Təsəlliverici görüş - Birgül Soltanova - Emiliya Krekiun (MDA)


65 kq
1/8 final - Nigar Mirzəzadə - Andrea Molina Rodriges (ESP) 2:4 (tuşe)
1/4 final - Nigar Mirzəzadə - Yevgeniya Siedix (UKR) 0:4 (tuşe)

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB