TOP 10

“Keşlə” Samir Məsimovla vidalaşdı - RƏSMİ

Futbol
Tarix: 2019-06-19 20:19

“Keşlə” yarımmüdafiəçisi Samir Məsimovla yolları ayırıb. Sport24.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.


Məlumatda qeyd olunub ki, klubla Məsimov arasında imzalanmış əməkdaşlıq müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.


“Keşlə” rəhbərliyi Məsimova karyerasında uğurlar arzulayıb.


Qeyd edək ki, vaxtilə “Neftçi” və AZAL-da da çıxış etmiş, Azərbaycanın U-19 və U-21 yığma komandalarının şərəfini qorumuş Samir, 2018-ci ildən “Keşlə”də çıxış edirdi.

16 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB