TOP 10

“Neftçi”nin prezidentindən Mirabdulla Abbasovla bağlı rəsmi mövqe: “...müqavilə müddətini uzatmalıdır”

Futbol
Tarix: 2019-06-19 20:00

“Mirabdulla Abbasovla bağlı son qərar yaxın 2-3 gündə rəsmi şəkildə futbol ictimaiyyətinə açıqlanacaq. O, bizim klubun yetirməsidir və bu futbolçu klubumuza lazımdı”. Bunu Sport24.az-a verdiyi açıqlamada “Neftçi”nin prezidenti Kamran Quliyev bildirib.

 

Quliyev Abbasovu hətta təmənnasız buraxmağa belə razı olduqlarını dilə gətirdi: “Əgər onu ölkə xaricindən istəyən klub olsaydı, Azərbaycan futbolu naminə pulsuz da buraxardıq. Ancaq indiki halda heç bir əcnəbi klub Mirabdullanın xidmətində maraqlı deyil”.

 

Sonda klub prezidenti 24 yaşlı hücumçuyla bağlı hansı qərarlardan birini verəcəklərini də dilə gətirdi: “Abbasov hələ 1 il də “Neftçi”yə məxsusdu. Əgər növbəti mövsüm hansısa Azərbaycan klubunda çıxış etmək istəyirsə, komandamızla müqavilə müddətini uzatmalıdır və bundan sonra icarə əsasında onu 1 illiyə buraxa bilərik. Əks halda, forvard komandamızda qalacaq”.
 

 

 

CEYHUN ƏLİYEV

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB