TOP 10

Stuxlik: “UEFA-dan gələn bu siqnal bizim ağır işimizin mükafatıdır”

Futbol
Tarix: 2019-06-19 15:41

CORE kurslarında uğurla iştirak etmiş və yekunda ən yaxşı briqada seçilmiş Elçin Məsiyev, Elşad Abdullayev və Qəzənfər Məmmədov 15 yaşadək futbolçulardan ibarət komandalar arasında ABŞ-ın Florida ştatında keçiriləcək KONKAKAF turnirinə təyinat alıb. Sport24.az xəbər verir ki, bununla bağlı AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxlik AFFA-nın saytına açıqlama verib:

 

“Hakimlərimizin qazandığı uğura görə sevinir və onlarla fəxr edirəm. Amerikada keçiriləcək turnir üçün seçimlərdə uğur qazanmaları onların yaxşı hazırlaşdıqlarının və öz üzərlərində çox işlədiklərinin, həmçinin Azərbaycan hakimlər ailəsinin düzgün yolda olduğunun göstəricisidir. Eyni zamanda, UEFA-dan gələn bu siqnal bizim ağır işimizin mükafatıdır. Təbii ki, inkişaf etmək, uğur qazanmaq üçün daha çox çalışacağıq”.

22 Noyabr 2019
21 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB