TOP 10

Kamran Quliyev püşkü dəyərləndirdi: "İlk mərhələni keçməyə yaxşı şansımız var, ən əsası..."

Futbol
Tarix: 2019-06-19 15:14

"Yetərincə normal püşkdü. Hesab edirəm ki, ilk mərhələni keçməyə yaxşı şansımız var. Ancaq ən əsası, rəqibi qiymətləndirməmək olmamalıdı. Nə ilk matçdan əvvəl, nə də ondan sonra. Hətta qarşılaşmanın gedişində də". Bu fikirləri Sport24.az-a açıqlamasında "Neftçi"nin prezidenti Kamran Quliyev bildirib.

 

Məlumdur ki, Premyer Liqamızın son mövsümün gümüş medalçısı Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın "Sperantsa" klubuna düşüb. Quliyevin fikrincə, rəqibi qiymətləndirməmək, ona yuxarıdan aşağı baxmaq qətiyyən yolverilməzdir: "Rəqibi qiymətləndirməmək bizə ötən mövsüm baha başa gəldi. Onda "Uypeşt"i keçməliydik, ilk qarşılaşmada ondan güclü idik. İkinci görüşdə isə Avropa Liqasının turnirinin mahiyyətini qiymətləndirmədik. Təəssüf ki, bu, olur və başımıza gəldi. Budəfəki rəqibimiz ambisiyalı komandadı və istəyir ki, mərhələ keçsin. Bu, aydındı. Ancaq biz bunu "Sperantsa"dan az istəmirik. Komandamız qələbəyə köklənməlidi".

 

Məlumdur ki, "Sperantsa"nın prezidenti Petru Erfos Moldova mətbuatına püşkü dəyərləndirərkən, "Neftçi"nin baş məşqçisi Roberto Bordinin "Şerif"i çalışdıranda son məğlubiyyətinin onlardan aldığını diqqət çatdırır. Maraqlıdı, bu, Bakı klubunun prezidentinə, italiyalı çalışdırıcısına motivasiya verirmi? Quliyevi dinləyək: "Mənim üçün bu faktın özü ki, iyulun 11-də mübarizəyə Kişinyovda başlayacağıq, 18-də öz azarkeşlərimzi qarşılaşacağıq, bu, artıq motivasiyadı. Qalan şeyləri unutmağa çalışıram. Məncə, baş məşqçimiz də buna xüsusi diqqət yetirməyəcək. Bəli, fakt var ki, Bordin uzun müddət Moldovada işləyib, özü də bunu uğurla edib. O, İlk dəfədir deyil Moldova klublarına qarşı oynayacaq və fikrimcə, rəqibi qiymətləndirəcək. İnanmaq istəyirəm ki, bizim komanda ilk mərhələni keçəcək. Qarşıya avrokuboklara düşməkdən daha yüksək məqsədlər qoyuruq"

 

"Sperantsa"da bir ailənin 4 üzvünün təmsil olunması diqqət çəkir. Ən maraql məqam atanın - Petru Efrosun klubun prezidenti, oğlunun - Kristian Efrosun baş məşqçisi olmasıdı. "Neftçi"nin prezidenti rəqibində bir ailənin neçə nəfərin işləməsinin, klubun kim tərəfindən idarə olunmasının onlara maraqlı olmadığını qeyd edib: "Fakt budur ki, bu klub bir neçə il ərzində aşağı diviziondan güclülər dəstəsinədək irəliləyib və böyük uğura imza atıb. Bizi də əsas maraqlandıran komandanın heyətidi". 

 

 

CEYHUN ƏLİYEV

 

16 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB