TOP 10

“Keşlə” sabahdan məşqlərə başlayır

Futbol
Tarix: 2019-06-19 14:33

“Keşlə”nin növbəti mövsümə hazırlıq planı müəyyənləşib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi iyunun 20-dən etibarən təlim-məşq toplanışına başlayacaq. 


Bakıda start götürəcək toplanışda komanda 4 yoxlama matçı keçirməyi planlaşdırır. Tərlan Əhmədovun çalışdırdığı kollektiv ilk yoxlama matçını iyunun 29-da keçirəcək. Rəqib hələlik məlum deyil.


Komandanın ikinci yoxlama matçı iyulun 5-də baş tutacaq. Sumqayıtda keçiriləcək yoxlama matçındakı rəqib yerli “Sumqayıt” olacaq.


İyulun 13-də “Keşlə” Zirə İdman Kompleksinin stadionunda “Zirə” ilə qarşılaşacaq.


Dördüncü yoxlama matçı iyulun 24-də keçiriləcək. Rəqib hələlik məlum deyil.

15 Iyul 2019
14 Iyul 2019
B.eÇ.aÇC.aCŞB