TOP 10

"Keşlə"nin növbəti transferi almaniyalı legioner oldu

Futbol
Tarix: 2019-06-19 13:41

"Keşlə" yay fasiləsində növbəti transferini həyata keçirib. Sport24.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi milliyətcə xorvat, Almaniya vətəndaşlığı da olan İqor Yovanoviçin keçidini həll edib.

 

30 yaşıı legionerlə artıq bütün detallarda razılıq əldə olunaraq sövdələşmə imzalanıb. Mərkəz müdafiəçisi olan İqor bunadək Almaniyada bir neçə klubda oynayıb, Finlandiya və Polşada legioner həyatı yaşayıb. O, keçən mövsümü Rumıniyanın "Sepsi" klubunda keçirib. 

 

Xatırladaq ki, "Keşlə"nin mövsümlərarası fasilədə yerli transferləri qapıçı Rəşad Əzizliylə hücumçu Ruslan Qurbanov, yeni legioneri isə argentinalı mərkəz müdafiəçisi Franko Floresdir. 

 

 

16 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB