TOP 10

Hacıyev rəqibini hərtərəfli favorit saydı, ona mesaj göndərdi: "Qarabağ"la Avstriyadakı yoxlama matçlarını canlı izləməyə çalışacağıq"

Futbol
Tarix: 2019-06-19 13:00

"Səbail"in püşkdə heç bəxti gətirmədi. Belə ki, Aftandil Hacıyevin komandasıma potensial rəqibləri arasında ən güclüsü - Rumıniyanın “Universitatya Krayova” klubu düşdü. Gənc mütəxəssis Sport24.az-a müashibəsində rəqibi, şansları dəyərləndirdi. 

 

- Qorxduğunuz başınıza gəldi. Püşkdən öncə saytımıza açıqlamanızda ən arzuolunmaz rəqib məhz Rumıniya təmsilçisini də sayırdınız. O da düşdü...

- Elədi. Püşkü intizarla gözləyirdik və ən son cüt də bizimki oldu. Bəxtimizə çox güclü rəqib düşdü. Ancaq rəqibimizdən asılı olmayaraq hazırlığımızı ən üst səviyyəyə çatdırmağa çalışacağıq. Bilrik ki, çempionatda son mövsümü 4-cü yerdə bitiriblər, daha təcrübəli, daha texnikalı, daha sürətli komanda ilə qarşılacağıq. Bizim üçün böyük sınaq olacaq. Avropa Liqasında ilk mərhələdə bu cür rəqiblə qarşılaşmaq əlbəttə, çətindi. Ancaq əlimizdən gələni edəcəyik ki, ən azından layiqli mübarizə apara bilək.

 

- Rəqibin aşkar favorit olduğunu nəzərə alsaq, mərhələ keçmək şansınız nə dərəcədədi?

- Əlbəttə, rumınları favorit hesab etmık olar. Bu da ilk növbədə təcrübəsinə görədi, artıq neçə illərdi Avropada çıxış edirlər. Bu mənada “Universitatya Krayova”nı hərətəfəli favorit saymaq olar. Ancaq futbolda bu gün heç də favoritlər hər zaman qalib olmular. Növbəti mərhələyə kimim adlayacağı iki matçın nəticəsinə əsasən bilinəcək. Bolqarıstandakı toplanışımızdan sonra istənilən halda, Bakıya qayıdacağıq. Bu mənada ilk görüşün evdə olması planlarımıza uyğun gəlir.

 

- Rəqibi təhlilə artıq başlayarsınız...

- Bilirəm ki, "Qarabağ"la Avstriyada yoxlama matçları var. İyunun 25-dəki həmin qarşılaşmanı canlı izləməyə çalıaşacağıq. Bilmirəm ki, bu, bizdə alınacaq, ya yox. Çünki özümüzün də hazırlığımız, yoxlama matçlarımız var.

 

- Hər halda, özünüz də olmasa, köməkçisinizi ora göndərə bilərsiniz...

- Avstriya Şengen ölkəsi olduğundan viza açılmalıdı. Bunu həll edərək rəqibin oyununa baxa biləcəyiksə, bizim üçün müsbət olacaq. Rəqibimizi canlı görmək istərdik. Çünki mövsüm bitəndən sonra ola bilsin, heyətində hər hansı dəyişiklik baş versin. Bunu yerində görməyimiz yaxşı olardı ki, əlavə informasiyamız olsun. Bi, işimiizə yarayacaq. 

 

- Futbolçu kimi rumınlarla qarşılaşmamız olmazsınız. Rumıniya futbol deyəndə, gözünüzün önündə ilk növbədə nə canlanır?

- U-21 yığmamızn heyətində rumınlara qarşı oynamışam. Səfərdə 1:1 oynamışdıq. Rumıniya futbolu deyəndə, ilk növbədə Georgi Hacı kimi futbolçu gözümüzün qabağına gəlir. Ümumiyyətlə, bu dönəmdə Rumıniya çempionatını çox izləmişəm. Bu da ordan bizə təklif olunan futbolçuların çox olduğuna görə idi. Stopper axtarışındayıq, ordan bu mövqedə 2-3 futbolçuyla maraqlanmışdıq. Ancaq onların klublarıyla müqavilələri var. Düşünürəm ki, Rumıniya, çempionatı yüksək səviyyədə keçiriən ölkələrdən biridi. Komandalarının səviyyəli futbolçuları var. Rəqibimiz də onlardan biridi. 

 

 

 

MEHMAN SÜLEYMANOV

 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB