TOP 10

“Zirə”nin yay hazırlıq planı açıqlandı

Futbol
Tarix: 2019-06-19 12:27

“Zirə”nin yay təlim-məşq toplanışının planı bəlli olub. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın hazırlığı 2 mərhələdən ibarət olacaq. 


İlk mərhələ Bakıda, 21 iyun-19 iyul tairxləri aralığında olacaq. “Qartallar” bu müddətdə 4 yoxlama oyunu keçirəcək.


“Zirə” iyunun 29-da “Qəbələ”, iyulun 6-da “Sabah”, 13-də isə “Keşlə” ilə qarşılaşacaq. İyulun 19-daki rəqibin kimliyinə isə hələ aydınlıq gəlməyib.


Hazırlığın 2-ci hissəsi isə Türkiyənin Bolu şəhərində olacaq. “Zirə” 20 iyul-4 avqust aralığında qonşu ölkədə təlim-məşq toplanışında olacaq. “Qartallar” burda da 4 yoxlama oyunu keçirəcək. Qarşılaşmalar 23, 26, 30 iyul və 3 avqust tarixlərində nəzərdə tutulub. Rəqiblər məlum deyil.

15 Iyul 2019
14 Iyul 2019
B.eÇ.aÇC.aCŞB