TOP 10

Platini azadlığa buraxıldı

Dünya Futbolu
Tarix: 2019-06-19 13:18

UEFA-nın keçmiş prezidenti Mişel Platini azadlığa buraxılıb. Sport24.az xəbər verir ki, bu barədə “France Presse” agentliyi məlumat yayıb. Platini futbol üzrə 2022-ci il dünya çempionatının keçirilməsi yerinin seçkiləri zamanı korrupsiya işi üzrə saxlanılmışdı. Bir müddət polis nəzarətində qaldıqdan sonra azadlığa buraxılan Platini “France Presse”-ə açıqlama verib:


“Sorğu uzun oldu. Ancaq sual sayını nəzərə alsaq, daha uzun müddət ola bilərdi. Mənə AÇ-2016, Rusiyada keçirilən və Qətərdə 2022-ci ildə keçiriləcək dünya çempionatları və FİFA-nın fəaliyyətləri haqda suallar verdilər. Bütün suallara rahat şəkildə cavab verdim".

20 Iyul 2019
19 Iyul 2019
B.eÇ.aÇC.aCŞB