TOP 10

“Qarabağ”ın potensial rəqibi də məlum oldu

Futbol
Tarix: 2019-06-19 14:14

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, Azərbaycanın turnirindəki yeganə təmsilçisi “Qarabağ”ın da bu mərhələdə qarşılaşa biləcəyi potensial rəqibi məlum olub.

 

ÇL-in 1-ci təsnifat mərhələsində Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq “Qarabağ” bu püşkatmada da səpələnmişlər səbətində yer alıb.

 

İlk mərhələni keçəcəkləri təqdirdə, “Süvarilər” 2-ci təsnifat mərhələsində “Dandolk” (İrlandiya) – “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

 

1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək. 2-ci raundun matçları isə 23-24 iyul və 30-31 iyul tarixlərində olacaq.

15 Iyul 2019
14 Iyul 2019
B.eÇ.aÇC.aCŞB