TOP 10

"Səbail" legionerini qaytara bildi

Futbol
Tarix: 2019-06-19 11:00

"Səbail" ötən mövsümkü legionerlərdən birini qaytara bilib. Sport24.az-ın əldə etdiyi məlumatına görə, "dənizçilər" heyətində Premyer Liqamızın bürünc medalını qazanan Yevgeni Koçuku yenidən heyətində görə biləcək.

 

Belə ki, Moldova millisinin 26 yaşlı yarımmüdafiəçisiylə prinsipial razılıq əldə olunub. Koçuk komandanın dünəndən yolandığı Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışına bugünlərdə qatılaraq qayıdışını rəsmiləşdirəcək.

 

Bu, Yevgeninin "Səbail"ə 3-cü gəlişi olacaq. O, ilk dəfə 2017/18 mövsümünün qış fasiləsində Slovaliyanın "Jilina" klubundan 6 aylığa icarəyə gəlmişdi. Mövsüm bitəndən sonra "Jilina"ya qayıdan futbolçu az sonra müqaviləsini pozaraq Bakı təmsilçisinə bu dəfə sərbəst futbolçu kimi gəldi və 1 illik imzaladı. Koçuk ötən mövsüm bitəndən sonra yenidən "Səbail"dən gedərək daha güclü kluba keçmək istəsə də, bu, alınmayıb. Moldovalı Azərbaycana qayıdarsa, yalnız "Səbail"də çıxış etmək fikrindədi.

 

Xatırladaq ki, avrokuboklarda ilk dəfə ölkəmizi təmsil edəcək legionerlərdən Yevgeniylə yanaşı, qvineya-bisaolu mərkəz müdafiəçisi Maudo Jorjue və fransalı hücumçu Kevin Kubembaya da yeni müqavilə təklif etsə də, bunu qəbul etmədilər. Kubemba karyerasını "Sabah"da davam etdirməyə üstün tutdusa, Jorjue Avstriyanın Budseliqa təmsilçisi "Austriya"ya keçdi. "Səbail" bolqarıstanlı Emil Martınovla isə yarımmüdafiənin mərkəzində oyunçu seçimi çox olduğundan, başa çatan müqaviləni uzatmamağı daha məqsədəuyğun saydı. 

 

15 Iyul 2019
14 Iyul 2019
B.eÇ.aÇC.aCŞB