TOP 10

“Qəbələ”, “Neftçi” və “Səbail”in Avroliqadakı potensial rəqibləri bəlli oldu

Futbol
Tarix: 2019-06-19 16:22

Bu gün futbol üzrə Avropa Liqasında 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçilərindən “Qəbələ”nin də rəqibi müəyyənləşib. 


Səpələnmişlər sırasında yer alan “Qəbələ”nin rəqibi “Dinamo” (Tbilisi, Gürcüstan) – ilkin mərhələnin cütünün qalibi olacaq.


İkinci mərhələnin ilk oyunları iyulun 25-də, cavab görüşləri isə avqustun 1-də olacaq.


Avropa Liqasında mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq “Neftçi” və “Səbail” isə ilk mərhələni adlayacaqları təqdirdə, səpələnməmişlər səbətində yer alacaqlar. “Neftçi” ilk mərhələdə Moldovanın “Speranta” klubu ilə qarşılaşacaq. “Ağ-qaralar” bu mərhələni keçsə, “Arsenal” (Tula, Rusiya) ilə qarşılaşacaq.


“Səbail” isə ilk mərhələdə Rumıniyanın “Universitatya Krayova” klubu ilə qarşılaşacaq. Aftandil Hacıyevin rəhbərlik etdiyi kollektiv mərhələni keçsə, potensial rəqibi “Honved” (Budapeşt, Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva) cütünün qalibi olacaq.

“Neftçi”/”Speranta” (Moldova) – “Arsenal” (Tula, Rusiya)
“Qəbələ” – “Dinamo” (Tbilisi, Gürcüstan) – “La Fiorita” (San-Marino)/“Enqordani” (Andorra) 
“Səbail”/”Universitatya Krayova” (Rumıniya) – “Honved” (Macarıstan)/“Jalgiris” (Litva)

15 Iyul 2019
14 Iyul 2019
B.eÇ.aÇC.aCŞB