TOP 10

"Neftçi" üçün bir ailədən 4 nəfər, "Səbail"ə qarşı Azərbaycanda oynamış legionerlər

Futbol
Tarix: 2019-06-19 10:01

"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Moldovanın "Sperantsa" klubu 1991-ci ildə yaranıb. Sport24.az xəbər verir ki, Nisporeni təmsilçisi əvvəlki mövsümü 38 xalla 4-cü pillədə başa vurub.

 

Göründüyü kimi, rəqibimiz çempionatı medalçılar sırasında bitirməyib. Sadəcə, "Şerif" "qızıl dubl" etdiyi üçün "Sperantsa" Avropa Liqasında iştirak etmək hüququ qazanıb.

Moldova təmsilçisinin hazırkı baş məşqçisi Kristian Efrosun 27 yaşı var. Gənc mütəxəssis 2014-cü ildən - 22 yaşından kollektivə rəhbərlik edir. Kristinaın futbolçu karyerasızədə səbəbindən qısa sürüb. O, baş məşqçi təyin olunduğu vaxt atası Petru Efros "Sperantsa"nın idman direktoru olub. İndisə o, klubun prezidentidi. Maraqlıdı ki, Petrunun digər oğlu 29 yaşlı Stefan isə “Speranta”nın kapitanı, xanımı Qabriela Sandu da klubda çalışır. O, maliyyə və kadrlar şöbəsinin rəhbəridir.
 

Klub ev oyunlarını 7 min azarkeş tutumuna malik stadionda keçirir. "Sperantsa" hazırda Moldova çempionatında 13 turdan sonra 19 xalla 5-ci pillədə qərarlaşıb. 

 

"Səbail"in rəqibi Rumıniyanın "Universitatya Krayova" klubu Moldova təmsilçisindən daha tanınan, güclü rəqib hesab etmə olar. Klub 2013/14 mövsümündə aşağı dəstədə çempion olaraq Premyer Liqada iştirak etmək hüququ əldə edib. "Universitatya" burda ilk mövsümdəcə çempionatı 5-ci pillədə bitirib və Avropa Liqasında iştirakını təmin etsə də, UEFA lisenziyası ala bilməyib. Rumıniya təmsilçisi ev oyunlarını 30 min 944 azarkeş tutumuna malik Yon Oblemenko stadionunda oynayır.

 

İtaliyalı Devis Manyanın baş məşqçi olduğu komanda başa çatan mövsümü 36 xalla 4-cü pillədə başa vurub. Rumıniya Kubokunun qalibi olan "Universtatya Krayova" klubunda bizə yaxşı tanış olan legionerlər çıxış edir. Bu, "Qəbələ"nin hücumçusu Andrea Kristea və ölkəmizdə "Zirə" və "Keşlə"nin formasını geyinən Sezar Meza Kolli də çıxış edir. Andrea 2014-cü ildə, Sezar Meza Kolli isə 2016 -18-ci illər aralığında Azərbaycanda çıxış edib. 

 

15 Iyul 2019
14 Iyul 2019
B.eÇ.aÇC.aCŞB