TOP 10

"Sperantsa"nın prezidenti "Neftçi"nin şansını onlardan çox saymır: "Bakıya çətin səfər olacaq, uzun yol gedəcəyik"

Futbol
Tarix: 2019-06-19 09:22

"Çətin səfər olacaq, uzun yol gedəcəyik. Ancaq mənə elə gəlir ki, avrokuboklarda asan rəqib olmur. Hər kəslə mübarizə aparmaq olar. Kimlə düşmüşüksə, onunla da oynayacağıq". Sport24.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan Moldovanın “Sperantsa” klubunun prezidenti Petru Efros bildirib. 

 

O. “Neftçi”nin italiyalı baş məşqçisi Roberto Bordinin əvvəllər Moldovada çalışması, onların informasiya toplamaq baxımından üstünlüyü olacağı ilə razılaşır: "Əlbəttə ki, müəyyən məlumatlar əldə edəcək. Amma gəlin, bir şeyi yaddan çıxartmayaq ki, “Şerif” Bordinin rəhəbrliyi altındakı son matçda evdə məhz “Sperantsa”ya uduzmuşdu. Həmin vaxt da komandamıza indi olduğu kimi Kristian Efros başçılıq edirdi. Bu nöqteyi-nəzərdən yanaşsaq, hər iki baş məşqçi bir-birini yaxşı tanıyır və dolğun informasiyalara malikdirlər"

 

Klub prezidento növbəti mərhələyə keçmək şanslarını belə dəyərləndirib: "Onların şansı bizdən çox deyil. Xüsusilə də, komandam güclü rəqiblərə qarşı daha yaxşı hazırlaşır. Futbolçular özlərini avrokuboklarda göstərmək üçün can atırdılar. Buyurun, oynayın və qələbə qazanın"

     

Daha çox

16 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB