TOP 10

Türkiyəli hücumçu Fransa klubunda

Dünya Futbolu
Tarix: 2019-06-19 11:30

Fransanın “Loryan” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Liqa 2 klubu elita təmslisi “Nim”də çıxış edən türkiyəli Umut Bozoku heyətinə qatıb.

 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu ilə 3+1 illik müqavilə imzalanıb.

 

“Loryan” bu transfer qarşılığında Liqa 1 klubuna 1,5 milyon avro təzminat ödəyib.

 

Umut Bozok geridə qalan mövsümdə “Nim” formasıyla Liqa 1-də 25 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Komandası isə mövsümü 14-cü pillədə başa vurub. 2017/18 mövsümündə də “Nim”də çıxış etmiş türkiyəli forvard, Liqa 2-də 36 oyunda 24 qolla bu klubun Liqa 1-ə yüksəlməsində əsas pay sahiblərindən biri olmuşdu.

Gənc hücumçu Türkiyənin U-21 millisində 5 oyun keçirib, 3 qol vurub.

15 Iyul 2019
14 Iyul 2019
B.eÇ.aÇC.aCŞB