TOP 10

“Qarabağ” Avstriyaya çatdı

Futbol
Tarix: 2019-06-19 00:44

Azərbaycanı futbol üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” təlim-məşq toplanışı üçün yollandığı Avstriyaya çatıb. Sport24.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı kollektiv sabahdan etibarən ilk məşqinə çıxacaq.

 

Ağdam klubu 2 həftəlik toplanış çərçivəsində 4 yoxlama oyunu keçirəcək. “Qarabağ” iyunun 22-də Bolqarıstanın “Ludoqorets”, iyunun 25-də Rumıniyanın “Universitatya Krayova”, iyunun 28-də Rusiyanın “Ufa”, iyulun 2-də isə Çexiyanın “Viktoriya” komandası ilə qarşılaşacaq.

15 Iyul 2019
14 Iyul 2019
B.eÇ.aÇC.aCŞB