TOP 10

“Səbail” onunla rəsmən vidalaşdı, Avstriya klubuna keçdi - FOTO

Futbol
Tarix: 2019-06-19 00:32

“Səbail” Maudo Jarjue ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Paytaxt təmsilçisinin sosial şəbəkə hesabında qvineya-bisaulu futbolçuya təşəkkür edilib:

 

“Səbail" Futbol Klubunun kollektivi adından iki gözəl və emosional mövsüm üçün təşəkkür edirik! Uğurlar, Çuka boy!”

 

Artıq Jarjuenin yeni klubu də məlumdu. 21 yaşlı müdafiəçi karyerasını Avstriyada davam etdirəcək. O, Bundesliqada mübarizə aparan "Austriya" ilə anlaşıb. Vyana klubu Maudonun keçidini rəsmi saytı vasitəsilə bəyan edib.

 

Qeyd edək ki, Maudo Jarjue 2017-ci ildə Portuqaliyanın "Jil Visente" klubundan "Səbail"ə keçmişdi. O, bu komandada geridə qalan mövsüm ərzində 50 oyuna çıxıb, 4686 dəqiqə meydanda olub.

15 Iyul 2019
14 Iyul 2019
B.eÇ.aÇC.aCŞB