TOP 10

“Səbail” Bolqarıstanda ilk məşqə çıxdı

Futbol
Tarix: 2019-06-18 23:49

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Səbail” bu gün təlim-məşq toplanışı üçün Bolqarıstana yola düşüb. Sport24.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı kollektiv artıq sözügedən ölkədə ilk məşqinə də çıxıb. 


Paytaxt təmsilçisi iyulun 2-dək Bransko şəhərində hazırlıq keçəcək. Komanda bu müddətdə 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblər “Lokomotiv” (Plovdiv, Bolqarıstan), “Beroe” (Bolqarıstan), “Klinçeni” (Rumıniya) və “Makedoniya” (Şimali Makedoniya) klubları olacaq.


“Səbail” Avroliqanın ilk təsnifat mərhələsində Rumıniyanın “Universitatya Krayova” klubu ilə üz-üzə gələcək.
 

15 Iyul 2019
14 Iyul 2019
B.eÇ.aÇC.aCŞB