TOP 10

Fərid Sadıqlı və Laçın Vəliyev AÇ-nin finalında

Güləş
Tarix: 2019-06-18 23:32

İtaliyanın Faenza şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir. Sport24.az xəbər verir ki, ikinci yarış günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparır.


Fərid Sadıqlı qitə birinciliyinə inamlı qələbəylə start verib. Həmyerlimiz ilk görüşdə macar həmkarını ilk hissədə məğlub edib. Bolqarıstan təmsilçisi də Sadıqlı qarşısında duruş gətirməyib. Fərid cəmi 34 saniyəyə rəqibə qalib gələrək yarımfinala yüksəlib. Güləşçimiz erkən qələbə ənənəsini yarımfinalda da davam etdirib. Latviyalı həmkarını cəmi 24 saniyəyə üstələyən Sadıqlı adını finala yazdırıb.


Nihad Quluzadə də yarışa iddialı başlayıb. Yığmamızın üzvünə xorvat idmançı üzərində qələbə üçün cəmi 1 dəqiqə 10 saniyə kifayət edib. Quluzadə növbəti qarşılaşmada da qələbəyə çox yaxın olub. Ancaq Nihad Bolqarıstan güləşçisi üzərindəki 7:0 hesablı böyük üstünlüyü əldən verib. Rəqib finala yüksəldiyi üçün Quluzadə iyunun 19-da təsəlliverici görüşə çıxacaq.


Əli Alıyev debütdə rus güləşçiyə müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyi üçün Əli iyunun 19-da təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq.


Allahverdi Əliyev ilk mərhələdə prinsipial görüşə çıxıb və erməni rəqibinə qalib gəlib. Əliyev daha sonra Serbiya təmsilçisini vaxtından əvvəl məyus edib. Allahverdi Rumıniya idmançısını da yolundan kənarlaşdıraraq yarımfinala adlayıb. Ancaq yığma üzvü yarımfinalda Moldova təmsilçisiylə bacarmayıb. Allahverdi iyunun 19-da bürünc medal uğrunda güləşəcək. 


Laçın Vəliyev yarışa yunan güləşçi üzərində asan qələbəylə başlayıb. Vəliyev daha sonra Çexiya təmsilçisinə cəmi 1 dəqiqə 10 saniyəyə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Türkiyə güləşçisindən də güclü olan Laçın finala yüksəlib.


Qeyd edək ki, medal görüşləri iyunun 19-da Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.


45 kq
1/8 final - Fərid Sadıqlı - Daniel Rafael (HUN) 10:1
1/4 final - Fərid Sadıqlı - Miroslav Emilov (BUL) 8:0
1/2 final - Fərid Sadıqlı - Kaspars Bondarenko (LAT) 8:0
FİNAL - Fərid Sadıqlı - Danial Ağayev (RUS)


51 kq
1/8 final - Nihad Quluzadə - Bruno Kabulo (CRO) 10:0
1/4 final - Nihad Quluzadə - Armen Nazaryan (BUL) 7:7*
Təsəlliverici görüş - Nihad Quluzadə - Uilyam Reenberq (DEN)


60 kq
1/8 final - Əli Alıyev - Maksim Skuratov (RUS) 0:8
Təsəlliverici görüş - Əli Alıyev - Rafet Selim Rəşid (BUL)


71 kq
Təsnifat - Allahverdi Əliyev - Lyova Xaçatryan (ARM) 3:1
1/8 final - Allahverdi Əliyev - Uqlyesa Qayiç (SRB) 9:0
1/4 final - Allahverdi Əliyev - Alin Dosoftei (ROU) 6:1
1/2 final - Allahverdi Əliyev - Aleksandrin Qutu (MDA) 0:9
Bürünc medal görüşü - Allahverdi Əliyev


92 kq
1/8 final - Laçın Vəliyev - Arxontis Xuras (GRE) 7:0
1/4 final - Laçın Vəliyev - David Kolar (CZE) 9:0
1/2 final - Laçın Vəliyev - Oktay Demir (TUR) 7:2
FİNAL - Laçın Vəliyev - Məhəmməd Yevloyev (RUS)

15 Iyul 2019
14 Iyul 2019
B.eÇ.aÇC.aCŞB