TOP 10

Dəniz Yılmaz üçün yeni baş məşqçi

Dünya Futbolu
Tarix: 2019-06-18 22:42

Türkiyənin “Gənclərbirliyi” klubunun yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, yeni mövsümdən Super Liqada mübarizə aparacaq paytaxt klubu Mustafa Kaplanla anlaşıb.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub rəhbərliyi ilə yeni baş məşqçi arasında 1 illik müqavilə imzalanıb.


Mustafa Kaplan son olaraq “Ankaragücü”nü çalışdırıb. O, sözügedən klubla bir neçə gün əvvəl yollarını ayırıb.


“Gənclərbirliyi”ndə Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmaz da forma geyinir.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB