TOP 10

Emin Mahmudov: “Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”

Futbol
Tarix: 2019-06-18 19:07

“Neftçi”nin kapitanı Emin Mahmudov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkünü dəyərləndirib. Sport24.az xəbər verir ki, startda Moldovanın “Speranta” klubu ilə üz-üzə gələcək paytaxt təmsilçisinin yarımmüdafiəçisi qalib gəlib, mərhələni keçməyə çalışacaqlarını deyib:

 

"Bizi ağır oyun gözləyir. Hər bir halda çətin olacaq. Çünki indi asan rəqib yoxdu. Rəqib haqda məlumatsızıq. Amma baş məşqçimiz əvvəllər Moldovada çalışdığı üçün "Speranta” ilə bağlı bizi məlumatlandıracaq. Rəqibin güclü və zəif tərəflərini biləcəyik. Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”.

 

Qeyd edək ki, "Neftçi” və "Speranta” arasında ilk oyun iyulun 11-də "Bakcell Arena”da, cavab oyunu isə ayın 18-də səfərdə keçiriləcək.

15 Iyul 2019
14 Iyul 2019
B.eÇ.aÇC.aCŞB