TOP 10

Roberto Bordin: “Rəqibin fiziki hazırlığı bizimkindən daha yaxşıdı”

Futbol
Tarix: 2019-06-18 18:48

“Neftçi”nin baş məşqçisi Roberto Bordin UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkünü dəyərləndirib. Sport24.az xəbər verir ki, Moldovanın “Speranta” klubu ilə üz-üzə gələcək paytaxt təmsilçisinin italiyalı çalışdırıcısı, ilk oyunun evdə keçiriləcəyini üstünlük hesab etdiyini deyib:

 

“Speranta” adi komanda deyil. Moldovada futbol mövsümü davam edir. Belə olan halda təbii ki, rəqibin fiziki vəziyyəti hazırda bizimkindən daha yaxşıdı. Çünki biz təlim-məşq toplanışına yeni başlamışıq və fiziki hazırlığı yaxşı vəziyyətə gətirəcəyik. Təbii ki, Moldova çempionatını, "Speranta”nı yaxşı tanıyıram. Bilirəm ki, bu komandanı kifayət qədər yaxşı məşqçi çalışdırır. Əsas odu ki, ilk oyunu evdə, azarkeşlərimiz önündə keçirəcəyik. Bu üstünlükdən istifadə edib, səfərə sərfəli nəticə ilə yollanacağıq”.

 

Qeyd edək ki, "Neftçi” və "Speranta” arasında ilk oyun iyulun 11-də 8-ci km stadionunda, cavab oyunu isə ayın 18-də səfərdə keçiriləcək.

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB