TOP 10

Qurban Qurbanov "Partizani"ni ciddi rəqib sayır: "Albaniya klubları çox intizamlı oyun göstərirlər"

Futbol
Tarix: 2019-06-18 17:18

Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi məlum olub. Sport24.az xəbər verir ki, təmnsilçimiz  u mərhələdə son Albaniya çempionu "Partizani"ylə qarşılaşacaq.

 

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov püşkü belə dəyərləndirib: "Hər zamankı kimi, ciddi rəqiblə qarşılaşacağıq. Albaniya klubları çox intizamlı oyun göstərirlər.  Bizi çətin qarşılaşmalar gözləyir. Bildiyim qədər, komandanı yeni baş məşqçi çalışdıracaq. Bizim üçün tanış olmayan rəqib olacaq, keçən mövsümki komandayla bu ilki arasında fərq çox olacaq, həm məşqçi dəyişikliyi, həm də ola bilər ki, yeni transferlər. Həddindən artıq ciddi və diqqətli olmalıyıq".

22 Noyabr 2019
21 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB