TOP 10

Statistikanın hökmü: "Qarabağ" yenə albanları keçəcək!

Futbol
Tarix: 2019-06-18 17:05

Azərbaycanla Albaniya 4-cü dəfə avrokuboklarda rəqib olacaqlar. Sport24.az xəbər verir ki, adıçəkilən ölkələr daha çox Çempionlar Liqasında (ÇL) görüşüblər. 

 

Təsadüfi deyil ki, bu, artıq 3-cü dəfə belə olacaq. Elə son duel də məhz "Qarabağ"la bağlıdı. Belə ki, Qurban Qurbanovun komandası ötən mövsüm bu turnirin II təsnifat mərhələsində Albaniya vitse-çempionu "Kukesi"ylə düşmüşdü. Bu da Albaniya çempionu "Skenderbeu"nun UEFA tərəfindən avrokubokardan kənarlaşdırılmasıyla bağlı idi.

 

Albaniyadan qolsuz bərabərliyə qalan "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda cavab matçında mərhələ keçmək vəzifəsini darmadağınla yerinə yetirib - 3:0. Təmsilçimizdən ispaniyalı yarımmüdafiəçi Dani Kintana dubla penaltilərlə nail olub. Daha bir qolu isə hələ qış fasiləsində əsas komandadan kənarlaşdırılan konqolu hücumçu Con Delarj imza atıb.

 

Klublarımız albanlarla avrokuboklarda ilk dəfə 2013-cü ildə görüşüb. Onda "Neftçi" "Skenderbu"ya yenilmişdi - evdə 0:0, səfərdə əlavə vaxtda 0:1. Bundan 2 il sonra "İnter" Albaniyanın "Laçi" klubu səfər qoluyla keçib - səfərdə 1:1, evdə 0:0. Sonda cütün qalibi olmağa imkan verən qolumuzun müəllifi gürcü yarımmüdafiəçi Nika Kvekveskiri olub.

 

Qeyd edək ki, "Qarabağ" bu dəfə də ilk matçı səfərdə keçirəcək. Göründüyü kimi, albanlarla mübarizəyə onun meydanında başlayanda bir qayda olaraq cütün qalibi omuşuq. 

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB