TOP 10

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cütləri

Dünya Futbolu
Tarix: 2019-06-18 17:16

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, İveçrənin Nyon şəhərində baş tutan mərasimdə qitənin ən nüfuzlu klub turnirində yarışacaq komandalar öz rəqiblərini tanıyıblar.


Azərbaycanı bu mötəbər yarışda təmsil edəcək “Qarabağ”ın ilk rəqibi Albaniya çempionu “Partizani” olub.


Püşkatmanın nəticələrini təqdim edirik:


UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi


Nomme Kalyu (Estoniya) - Şkendiya (Makedoniya)
Suduva (Litva) - Srvena Zvezda (Serbiya)
Ararat (Ermənistan) - AIK (İsveç)
Astana (Qazaxıstan) - ÇFR Kluj (Rumıniya)
Ludoqorets (Bolqarıstan) - Ferentsvaroş (Macarstan)
Partizani (Albaniya) - Qarabağ (Azərbaycan)
Slovan (Slovakiya) - Sutyeska (Monteneqro)
Seltik (Şotlandiya) - Sarayevo (Bosniya və Herseqovina)
Şerif (Moldova) - Saburtalo (Gürcüstan)
Düdelanj (Lüksemburq) - Valletta (Malta)
Linfild (Şimali İrlandiya) - Rusenborq (Norveç)
Valyur (İslandiya) - Maribor (Sloveniya)
Dandalk (İrlandiya) - Riqa (Latviya)
TNS (Uels) - ilkin mərhələnin qalibi
HİK (Finlandiya) - HB Torshavn (Farer adaları)
BATE (Belarus) - Pyast (Polşa)


Qeyd edək ki, ÇL-in 1-ci təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda keçiriləcək.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB