TOP 10

“Neftçi”nin futbolçusu rəsmən “Sabah”da

Futbol
Tarix: 2019-06-18 14:45

2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha bir futbolçunu heyətinə cəlb edib. Sport24.az xəbər verir ki, Məhəmməd Mirzəbəyov bundan sonra sözügedən komandanın şərəfini qoruyacaq. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

 

28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

 

Karyerası ərzində “Anji” (Rusiya), “Sumqayıt”, “İnter” və “Qəbələ”nin uğurları üçün çalışmış futbolçunun son komandası “Neftçi” olub.

 

Mirzəbəyov Azərbaycan millisində 18 oyun keçirib.

 

Xatırladaq ki, Məhəmməd “Sabah”ın növbəti mövsüm üçün 4-cü transferidi. Daha öncə Cavid Tağıyev, Kevin Kubemba və Ruslan Abışovla müqavilə bağlanmışdı.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB