TOP 10

Emin Mahmudov: “Belə bir komandanın kapitanı olmaq çox xoşdu”

Futbol
Tarix: 2019-06-18 11:35

"Neftçi”nin futbolçusu Emin Mahmudov klubun rəsmi saytına müsahibə verib. Sport24.az xəbər verir ki, təlim-məşq toplanışını və yeni transferləri dəyərləndirən kapitan azarkeşlərə səslənib.

 
- Kapitan, yeni mövsümə hazırlıqlar necə gedir?
-
Toplanışın başlanğıcıdı deyə, əsas diqqət fiziki hazırlığa yönəlib. Çoxlu qaçış təmrinləri olur. Hamı istəkli məşq edir. Yeni mövsümə ciddi hazırlaşırıq.
 

- Komandaya yeni qoşulanlar necə təsir bağışlayır? İlk təəssüratların necədi?
- Yeni transferlər özlərini göstərmək vəziyyətində deyillər. Onlar qaçırlar (gülür). Yenilərin hamısı Azərbaycan çempionatının iştirakçısı olduğu üçün biz onların səviyyəsinə bələdik. Əminəm ki, yenilər komandamızı daha da gücləndirəcəklər.
 

- "Neftçi” kimi böyük komandanın kapitanı olmaq necə hissdi?
- Məsuliyyətimi dərk edirəm. Bunadək meydanda var gücümlə oynayırdım, belə də davam edəcəm. Bu mənada heç nə dəyişməyəcək. Təbii ki, belə bir komandanın kapitanı olmaq çox xoşdu.
 

- Komandanın lideri olaraq Avroliqa və çempionatdan gözləntilərin nədi?
- İndi gurultulu bəyanatlar verməyəcəm. Bizə oyundan oyuna artırmaq, bütün matçlarda qələbə qazanmaq və yalnız bu haqda düşünmək lazımdı.
 

- Bu yolda azarkeşlərə bir kapitan olaraq nə demək istərdin?
- Azarkeşlərə demək istəyirəm ki, komandaya inanmağa davam etsinlər, sonadək dəstəkləsinlər. Hansısa dedi-qodulara görə komandadan üz döndərməsinlər.

22 Noyabr 2019
21 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB