TOP 10

"Qarabağ"ın ÇL-də rəqibi müəyyənləşdi

Futbol
Tarix: 2019-06-18 16:42

Bu gün Çempionlar Liqasında (ÇL) 1-ci təsnifat mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, İveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 16:30-da başlayan mərasimdə ölkəmizi burda təmsil edəcək “Qarabağ”ın da rəqibi bilinib.

 

İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Azərbaycan çempionu bu beş komandadan biri ilə düşə bilərdi:


“Valetta” (Malta), “Sarayevo” (Bosniya və Herseqovina), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya), “Saburtalo” (Gürcüstan).

 

Reytinqinə görə səpələnmişlər sırasında yer almış Ağdam təmsilçisi ilk raundda Albaniyanın "Partizani" klubuyla qarşılşacaq. Pşükə görə Qurban Qurbanovun komandası ilk matçı səfərdə keçirəcək. 


Qeyd edək ki, ÇL-nin I təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab görüşləri 16-17-da keçiriləcək.

 




 

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB