TOP 10

“Neftçi” və “Səbail”in Avroliqadakı rəqibləri bəlli oldu

Futbol
Tarix: 2019-06-18 17:51

Bu gün futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, püşkatmada Azərbaycan təmsilçiləri – “Neftçi” və “Səbail”in də ilk rəqibləri bilinib. 


Paytaxt klubları səpələnmişlər səbətində yer aldığından, nisbətən zəif komandalardan biri ilə üz-üzə gələcəkdi.


“Neftçi”nin rəqibi Moldovanın “Speranta” klubu olub. Püşkə əsasən, “ağ-qaralar” ilk oyunu evdə, cavab matçını səfərdə keçirməli olacaq.


“Səbail” isə  Rumıniyanın “Universitatya Krayova” klubuna rəqib olub. Azərbaycan təmsilçisi ilk oyunu evdə, cavab matçını səfərdə keçirməlidi.


Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.


Avroliqadakı digər təmsilçimiz – Azərbaycan kubokunun qalibi “Qəbələ” isə mübarizəyə 2-ci mərhələdən başlayacaq. İkinci təsnifat mərhələsinin püşkü iyunun 19-da atılacaq.

16 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB