TOP 10

"Qəbələ"dən 3-cü transfer - bu dəfə Azərbaycan çempionu

Futbol
Tarix: 2019-06-18 09:00

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Qəbələ" 3-cü transferini həyata keçirir. Komandanın baş məşqçisi Sənan Qurbanovun Sport24.az-a verdiyi məlumata görə, qapıçı kimi Tərlan Əhmədlini götürəcəklər. 

 

Ötən mövsümü "Sabah"da keçirərək rəsmi debüt etməyən 25 yaşlı qolkiperlə keçidinin detalları razılaşdırılıb və rəsmi müqavilə imzalanmaqla transferi açıqlanacaq. Tərlan keçən il "Xəzər"lə I Divizionda Azərbaycan çempionu olub, daha əvvəl isə Premyer Liqada "Sumqayıt"da çıxış edib. Qurbanovun sərəncamında digər qapıçılar ötən mövsümkü heyətdən təcrübəli Anar Nəzirovla gənc Murad Popovdu.

 

Qeyd edək ki, "Qəbələ" yay fasiləsində 2 transfer edib. Bunlar yetirmələri, sabiq futbolçuları olan müdafiəçi Sadiq Quliyevlə yarımmüdafiəçi Kamal Mirzyevdi. 

 

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB