TOP 10

“Arsenal”da yeni məşqçi

Dünya Futbolu
Tarix: 2019-06-18 10:44

“Arsenal”ın əsas komandasının məşqçilər korpusuna daha bir mütəxəssis cəlb olunub. Sport24.az xəbər verir ki, isveçli məşqçi Freddi Yunqberq yeni mövsümdən “topçular”ın çalışdırıcısı Unay Emerinin köməkçisi kimi fəaliyyətə başlayacaq. Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.


Yunqberq “Arsenal”ın gənclərdən ibarət komandasını çalışdırırdı. Daha öncə “Volfsburq”da da köməkçi-məşqçi kimi fəaliyyət göstərən Freddi, London təmsilçisinin U-23 komandasına 2018-ci ildən rəhbərlik edirdi.


42 yaşlı mütəxəssis futbolçu karyerası dövründə 9 il (1998-2007) “Arsenal”ın uğurları üçün çalışıb.

20 Iyul 2019
19 Iyul 2019
B.eÇ.aÇC.aCŞB