TOP 10

Hacıyev Avroliqada debütdə ən arzulamadığı rəqibi açıqladı: "Bunu nəzərə alsaq, rahatlığa görə mübarizəyə evdə başlamağımız yaxşı olardı"

Futbol
Tarix: 2019-06-18 10:18

"Hələ potensial rəqiblərimizlə bağlı geniş siyahı açıqlananda, özüm üçün xüsusi rəqib seçməmişdim ki, bunu arzulamazdım. Ona görə püşklə bağlı hər hansı gözləntim yoxdur ki, bunu istəyirəm, bunu yox. Bizim üçün xeyirli rəqib hansıdırsa, daha çox onu istəyərəm". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil edəcək "Səbail"in baş məşqçisi Aftandil Hacıyev bildirib.

 

Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq "dənizçilər"in potensial rəqibləri artıq 6-ya edib. Bunlar "Universitatya Krayova 1948" (Rumıniya), "Baltsan" (Malta), "Laçi" (Albaniya), "Şkupi" (Makedoniya), "Petrokub" (Moldova) və "Narva"dı (Estoniya). Hacıyev potensial rəqiblərinin reytinqi yüksək komandalar olduğunu söyləyib: "Ən əsas da Rumıniya təmsilçisi, tanış komandadı. Digərləri isə orta səviyyəlidirlər. Düşünmürəm ki. aralarında hansısa asan rəqib olsun. Bürünc medal qazananan mövsümdən sonra gedən futbolçularımız çox oldu. Hazırkı vəziyyətimizi nəzərə alaraq, hər biriylə düşsək, bizi ciddi sınaq gözləyir. Ancaq əlbəttə, ən çətin, ən arzuolunmaz rəqib rumınlardı. "Universitatya Krayova 1948" güclü komandadı. İndiki vəziyyətimizdə bizim üçün hamısı çətin rəqibdi".

 

Maraqlıdı, gənc mütəxəssis baş məşqçi kimi avrokuboklarda debüt matçını evdə, yoxsa səfərdə keçirmək istəyərdi? Hacıyevi dinləyək: "Adətən hamı deyir ki, avrokuboklarda ilk oyunu səfərdə keçirmək daha yaxşıdı. Ancaq bilmək olmur. Bəlkə ilk oyunu evdə keçirərək lazımı nəticə əldə edib səfərə daha rahat gedə bilərsən. Bolqarıstandakı təlim-məşq toplanışımız iyulun 2-də bitəcək. Bundan sonra istənilən halda, Bakıya qayıdacağıq. Bunu nəzərə alsaq, rahatlığa görə mübarizəyə evdə başlamağımız yaxşı olardı. Ancaq belə götürəndə, mənim üçün fərqi yoxdu, elə bir önəm daşımır".

 

Xatırladaq ki, "Səbail" rəqibini bu gün Bakı vaxtilə saat 17:30-da başlayacaq püşkatma mərasimində biləcək. 

 

 

MEHMAN SÜLEYMANOV

 

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB