TOP 10

Azərbaycan millisi Minskə 11 boksçu ilə yollanır

Boks
Tarix: 2019-06-17 17:02

Azərbaycanı II Avropa Oyunlarında təmsil edəcək boksçuların adları müəyyənləşib. Sport24.az xəbər verir ki, Azərbaycan yığması iyunun 21-30-da keçiriləcək Minsk-2019-da 11 idmançı ilə təmsil olunacaq.


Kişilərin yarışında ölkəmizin idman şərəfini Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Dominqes Alfonso (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) qoruyacaqlar.


Qadın boksçuların mübarizəsində isə rinqə Məryəm Cəbrayılova (69 kq) çıxacaq.


II Avropa Oyunlarında boks yarışları “Uruçye” İdman Sarayında keçiriləcək. Döyüşlər iyunun 21-də start götürəcək. İyunun 27-də istirahət günü olacaq və növbəti 3 gündə mükafatçılar bilinəcək.


Qeyd edək ki, artıq təlim-məşq toplanışını yekunlaşdıran yığmamız iyunun 18-də saat 04:35-də Belarusa yola düşəcək.

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB